Küçədə qalan Siyavuş Aslanın oğlu xəstəxanaya yerləşdirilib

18 Yanvar 2021 14:36 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz küçədə qaldığını deyib. SİA-nın məlumatına görə, o, 3 il sığınacaqda qaldığını, artıq ona icazə verilmədiyini söyləyib.

Küçədə yatan Çingiz xəstəxanaya yerləşdirilib. 61 yaşlı kişi 20 gün müalicə olunacaq. Çingiz Respublika Narkoloji Mərkəzdə qalır.