İki evdən qızıl-zinət əşyaları oğurlandı

18 Yanvar 2021 13:52 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Saray qəsəbə sakini T.Qəmbərov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 8515 manat pul, 12.655 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Qəmbərov saxlanılıb.