Qusarda motosiklet dərəyə aşıb, ölən var

18 Yanvar 2021 13:44 (UTC+04:00)

Qusar rayonunun Piral kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, yanvarın 17-də saat 19 radələrində Qusar rayonunun Piral kəndi ərazisində kənd sakini R.Sarıxanov idarə etdiyi “Dnepr” markalı motosikleti dərəyə aşırmış və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.