Keçmiş məhkum narkotik üstündə tutuldu

18 Yanvar 2021 13:34 (UTC+04:00)

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini B.Əliyevdən 500 qram heroin aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Əliyev Lənkəran şəhəri ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 500 qram heroin aşkar edilərək götürülüb.