Cəlilabadda ağır qəza: Ölən və yaralananlar var

18 Yanvar 2021 13:28 (UTC+04:00)

Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyata hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, yanvarın 17-də saat 21 radələrində Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində Günəşli kənd sakini V.Həsənov idarə etdiyi “VAZ-2121” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini S.Vəliyeva hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.