Dado boşandıqlarını deyir, Natavan isə əksinə...

18 Yanvar 2021 13:26 (UTC+04:00)

Müğənni Natavan Həbibi ilə repçi Səid Əliyev (Dado) bir müddət əvvəl rəsmi boşandığını açıqlamışdı. SİA-nın məlumatına görə, bu haqda Dado sosial şəbəkədə status paylaşmışdı. Amma bir neçə gün sonra Natavan yenidən repçi ilə səmimi görüntülərini yayımlayıb. Onlar yenidən barışdıqlarını nümayiş etdiriblər.

N.Həbibi verilişlərin birinə telefonla zəng edərək ayrılma xəbərlərinə münasibət bildirib: "Bizim məsələmiz hamıda necədirsə, elədir. Heç dalaşmayan, küsməyən ailə varsa, nə xoş onlara. Hamı onu yaşayır, biz də. Biz boşanmamışıq. Hər şey o qədər göz önündədir ki, insanlar hələ də nəsə fikirləşəndə deyirəm ki, mən necə safam. Dalaşdıq, barışdıq, videolar paylaşdıq".

Qeyd edək ki, Natavan və Dado 2017-ci ildə ailə qurub. Onların Zeyd adlı bir oğlan övladı var.