Almaniyada koronavirusun yeni mutasiyası aşkarlanıb

18 Yanvar 2021 12:37 (UTC+04:00)

Almaniyanın Bavariya vilayətindəki Qarmiş-Partenkirxen şəhər klinikasında 3 pasiyentdə koronavirusun yeni variasiyası aşkarlanıb. SİA-nın xəbərinə görə, bu barədə yerli “Munchner Merkur” qəzeti yazıb. Məlumata görə, xəstəxanada COVID-19-un sürətlə yayılması zamanı pasiyent və əməkdaşlar olmaqla ümumilikdə 73 nəfər koronavirusa yoluxub. Onların üçündə koronavirusun məlum olmayan yeni ştammı aşkarlanıb. Analizlər araşdırma üçün paytaxt Berlinin “Şarite” klinikasına göndərilib. Həkimlər virusun yeni variyasiyası ilə qarşılaşdıqlarını təsdiqləsələr də, onun hansı xüsusiyyətlərə malik olduğunu bilmirlər.