Rusiyada pandemiya qurbanlarının sayı 66 mini ötdü

18 Yanvar 2021 12:34 (UTC+04:00)

Rusiyada son bir gündə daha 22 857 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 591 066 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 471 nəfər artaraq 66 037-yə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 978 764 nəfər sağalıb.