Səhiyyə naziri və bir neçə vəzifəli şəxsi bu gün peyvənd olunacaq

18 Yanvar 2021 11:07 (UTC+04:00)

Səhiyyə naziri Oqtay Şirəliyev, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı koronavirus infeksiyasına qarşı peyvənd olunmaq üçün Bakı Sağlamlıq Mərkəzinə gəliblər.

SİA-nın məlumatına görə, onunla birlikdə peyvənd olunmaq üçün TƏBİB-ın şöbə müdiri Yaqut Qarayeva və qurumun digər rəhbər şəxsləri də tibb müəssisəsindədirlər.

Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirusa qarşı peyvəndləmə işlərinə start verilir. İlk olaraq tibb işçiləri peyvənd olunacaq.