Tiqran Avakyan: "Ermənistanda investisiyalara mane olan satanist qruplar oturub" REALLIQ

18 Yanvar 2021 11:14 (UTC+04:00)

“Aşağıdakı məqalədə mən açıq şəkildə göstərmək istəmişəm ki, Ermənistanın timsalında dövlət nəyə görə inkişaf etmir və mövcud vəziyyətdə bundan sonra da inkişaf etməkdən geri qalacaq”. SİA xəbər verir ki, bu haqda erməni iş adamı, “Ermənilərin Avropa irsi” layihəsinin rəhbəri Tiqran Avakyan fikirlərini sosial şəbəkə vasitəsi ilə paylaşıb. Onun sözlərinə görə, Yeqvardda fəaliyyəti nəzərdə tutulan neft emalı zavodu açılmayacaq, belə ki, iranlı biznesmen Henrix Der Qukasyan Ermənistanda invensitiyalara mane olan hansısa satanist qrupların oturduğunu deyib.

Avakyan yazısında bildirir ki, bitum və müxtəlif texniki yağlar istehsal edəcək zavodun tikintisi üçün icazə hələ inqilabdan (“Məxməri inqilabı” nəzərdə tutur-R.R.) əvvəl hakimiyyət tərəfindən verilmişdi. SİTAT: “Lakin yaxınlıqda meyvə bağları olan yerli biznesmenlərlə və evlərin sakinləri ilə problemlər başladı. Meyvə bağlarının sahibləri işlərin dayandırılmasını, ya da bağların alınmasını tələb etdilər. Henrix Der Qukasyan bəyan edirdi ki, zavod Yeqvardın sənaye zonasında yerləşir və heç bir tullantı olmadan ən müasir avadanlıqlardan istifadə edəcək”.

Avakyan həmçinin yazıb ki, yerli sakinlər evlərinə görə biznesmendən 200 min dollar pul tələb edirdilər və o da bazar qiymətindən 5, 10 dəfə artıq idi. SİTAT: “Biznesmen bəyan etdi ki, artıq bu işə 23 milyon dollar yatırım edib, planda isə 30 milyon dollar idi. İş baş tutsaydı 250 min dram məvaciblə 300 iş yeri açılacaqdı”.

Avakyan qeyd edib ki, bundan sonra Der Qukasyan bir daha zavod söhbətinə qayıtmayacağını bildirib və hər şeyi Allahın hökmünə buxarıb. SİTAT: “Bir erməni olaraq mən vətənim üçün bacardığım hər şeyi etdim, lakin təəssüf ki, alınmadı və indi mən anlayıram ki, bu, baş tutmamalı idi.

O, eyni zamanda xatırladıb ki, iranlı erməni biznesmeninin İranda, BƏƏ və s. ölkələrdə neft emalı zavodları var, həmçinin Qarabağa (işğal vaxtı-R.R.) milyonlarla dollar pul ayırıb.

Rövşən RƏSULOV