Amsterdamda etiraz aksiyası: 115 nəfər saxlanılıb

18 Yanvar 2021 09:34 (UTC+04:00)

Niderlandın paytaxtı Amsterdamda hökumətin pandemiya ilə mübarizə çərçivəsində atdığı addımlara etiraz olaraq aksiya keçirilib. "TASS" xəbər verir ki, şəhər bələdiyyəsi aksiyanın keçirilməsin icazə verməsədə, təxminən 2 min nəfər şəhərin muzey meydanında toplaşıb.

Məlumata əsasən, aksiya iştirakçıları pandemiya şəraitində tətbiq edilən məhdudiyyətlərə əməl etməyiblər və nəticədə 115 nəfər polislər tərəfindən saxlanılıb.

Bildirilir ki, onlardan 7 nəfəri polis əməkdaşlarına qarşı şiddətə görə, digərləri isə təlimatlara tabe olmadıqlarına görə saxlanılıblar.