Mesut Özil "Arsenal"ın futbolçu və işçiləri ilə vidalaşıb

17 Yanvar 2021 20:58 (UTC+04:00)

"Arsenal"ın futbolçusu Mesut Özil tezliklə "Fənərbaxça"ya keçəcək.

SİA Britaniya mətbuatına istinadən xəbər verir ki, türk əsilli almaniyalı yarımmüdafiəçi artıq London klubunun futbolçu və işçiləri ilə vidalaşıb.

Onun yaxın günlərdə İstanbula gedərək yeni klubu ilə mqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, Özil bu mövsüm “Arsenal”ın Premyer Liqa və Avropa Liqası üçün sifariş ərizəsinə daxil edilməmişdi.