"Fənərbaxça" Macarıstan millisinin 22 yaşlı müdafiəçisini transfer edib

18 Yanvar 2021 03:50 (UTC+04:00)

"Fənərbaxça" "Apollon"un futbolçusu Attila Szalaini transfer edib.

SİA klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə 4.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, A.Szalai Macarıstan millisinin üzvüdür.