Bakının Nəsimi rayonunda MKTB əməkdaşını maşın vurub

18 Yanvar 2021 00:33 (UTC+04:00)

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Füzuli küçəsi 53 ünvanında qeydə alınıb.

1964-cü il təvəllüdlü İsmayılova Həcər Sadıq qızı yol süpürən zaman onu minik avtomobili vurub. Hadisə şahidlərinin köməkliyi ilə qadın xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsi və qarnının küt travması, o cümlədən diz qapağının sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, H.İsmayılova Nəsimi Rayon Mənzil Kommunnal Təsərüffat Birliyinin əməkdaşıdır.