Rusiya gəmisinin 5 üzvü xilas edilib, ölənlər var

17 Yanvar 2021 17:09 (UTC+04:00)
Qara dəniz sahillərində batmış Rusiya gəmisinin azı 2 üzvü həlak olub. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Bartın vilayətinin qubernatoru Sinan Güner bildirib. "Batan gəminin göyərtəsində 13 nəfər olub. Onların hamısı Rusiya vətəndaşlarıdır. Hazırkı ana qədər 5 nəfər xilas edilib, iki nəfərin meyiti aşkarlanıb", - o deyib. Qubernatorun sözlərinə görə, hazırda daha 6 nəfərin xilas olunması əməliyyatı davam etdirilir.