Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi açıqlandı

17 Yanvar 2021 15:42 (UTC+04:00)
Ötən il Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 7,8 milyon dolları ötüb. SİA xəbər verir ki, bu barədə Moldovanın Milli Statistika Bürosu məlumat yayıb. Bildirilir ki, 2020-ci il ərzində ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 4 milyon dolları ötüb. Azərbaycandan Moldovaya isə 3,8 milyon dollar dəyərində məhsul ixrac olunub.