Daha 481 nəfər koronavirusdan vəfat etdi RUSİYADA

17 Yanvar 2021 12:17 (UTC+04:00)
Rusiyada son sutka ərzində koronavirusa 23 586 yeni yoluxma halı qeydə alınıb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 568 209 nəfərə çatıb. Rusiyada son sutkada 481 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 65 566 nəfərdir. İndiyədək 2 960 431 xəstə sağalıb. Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.