Daha 780 nəfərdə koronavirus aşkarlanıb, 17 pasiyent ölüb Gürcüstanda

17 Yanvar 2021 11:21 (UTC+04:00)
Gürcüstanda ötən sutkada koronavirusa 780 yeni yoluxma faktı təsdiqlənib, 1 608 nəfər sağalıb, 17 pasiyent isə vəfat edib. SİA-nın verdiyi məlumata görə, hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 247 805 nəfər yoluxub. Onların 232 993-ü sağalıb, 2 933-ü isə ölüb. Karantin rejimində 472, stasionar nəzarətdə 3 659 nəfər var. 649 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.