Qubada ikimərtəbəli ev yanıb

17 Yanvar 2021 09:34 (UTC+04:00)
Quba rayonunun Alpan kəndində yanğın olub. SİA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 70 m² olan (hər mərtəbəsi 35 m², ikinci mərtəbəsi taxta konstruksiyalardan ibarət) ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.