14 mindən çox insan koronavirusdan həyatını itirib

17 Yanvar 2021 09:01 (UTC+04:00)
Dünyada koronavirus infeksiyası qurbanlarının sayı 2 milyon nəfəri ötüb. SİA xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada koronavirusdan 2 001 773 ölüm halı qeydə alınıb. Son sutka ərzində infeksiyaya yoluxanların sayı 688 mini ötüb. 14 mindən çox xəstə isə gün ərzində koronavirusdan həyatını itirib.