İran rəsmisi ABŞ-ın son sanksiyalarını görüntü yaratmaq cəhdi kimi xarakterizə edib

17 Yanvar 2021 03:34 (UTC+04:00)

İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi ABŞ-ın İrana qarşı tətbiq etdiyi son sanksiyaları görüntü yaratmaq cəhdi kimi xarakterizə edib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə M.Vaezi özünün“Twitter” hesabında yazıb.

Qeyd edək ki, hazırkı Ağ Ev Administrasiyası Trampın səlahiyyət müddətinin bitməsindən bir həftə əvvəl Tehrana qarşı sanksiyanı nəzərəçarpacaq dərəcədə artırıb. Son sanksiya İran şirkətlərinin silah satışında iştiraka qadağa qoyur. Bu qadağa İranla yanaşı BƏƏ və Çinin də bir sıra şirkətlərinə şamil edilib.