Danimarkada koronavirusun Cənubi Afrikada mutasiya etmiş variantı aşkarlanıb

17 Yanvar 2021 00:43 (UTC+04:00)

Danimarkada ilk dəfə olaraq koronavirusun Cənubi Afrikada mutasiya etmiş variantı (B.1.351 / 501Y) aşkarlanıb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Danimarka Dövlət Serum İnstitutunun məlumatında bildirilib.

Yeni varianta yoluxmuş ölkə vətəndaşının yaxın günlərdə Dubaydan səfərdən qayıtdığı qeyd olunub.