Pərvin onu təhqir edən izləyicisinin yazışmasını yaydı

16 Yanvar 2021 17:17 (UTC+04:00)

Aktrisa Pərvin Abıyevanın dediyi "Heç bir qız kasıb oğlana ərə getmək istəməz" sözləri sosial şəbəkədə müzakirələrə səbəb olub. SİA-nın məlumatına görə, sənətçi ünvanına yazılan təhqirlərə münasibət bildirib: "Bu paylaşıma görə çox üzr istəyirəm, söyüş var. Paylaşmasaydım da ürəyim partlayardı. İndi bu nə deməkdir? Şərhlərdə namusdan, tərbiyədən yazıb, hamıya namussuz deyən, "tərbiyəli ev qızı". Anlamıram, ata, ana tərbiyəsi görən qız bu söyüşləri haradan bilir? Bilirsə, hansı abırla milyonların olduğu "İnstagram"da yazır? Budur əxlaqlı, tərbiyəli təbəqə? Altdan hər qələti edib, başqalarının üstünə atmaq? Əgər Azərbaycan gəncliyi budursa, biabırçılıqdır. Ona "Azərbaycan qadını" deməyə dilim gəlmir".