Xalq artisti Siyavuş Aslanın oğlu: "Küçədə yaşayıram" VİDEO

16 Yanvar 2021 16:26 (UTC+04:00)

Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, proqramda sığınacaq vaxtının bitdiyini və qalmağa yeri olmadığını söyləyib: "Orda az qala bilirsən. 6 ay vaxt verilir. Üç ilə yaxındır orada qalıram, mənə çox hörmət edilib. İndi küçədə qalıram".

Çingiz spirtli içki içdiyini etiraf edib. O bildirib ki, atasından qalan evi satıblar: "Qardaşımla evi satdıq ki, biznes quraq. Amma alınmadı. Meyvə işi ilə məşğul olurdum, kirayədə qalırdım. Qardaşım Moskvadadır. Ailə qurdum, ayrıldıq. Qızım xaricdə yaşayır. Məndən onu gizlədirlər. Ailəlidir. Fərsiz ata olmuşam. "Bizimləsən" proqramında qızı tapdılar, deyib, atamı görmək istəyirəm. Amma telefonum olmadığı üçün məni tapmadılar".