Liqa 1-də oyun təxirə salındı

16 Yanvar 2021 13:32 (UTC+04:00)

Futbol üzrə Fransa çempionatının XX turunda planlaşdırılan "Loryan" - "Dijon" matçı təxirə salınıb.

SİA-nın məlumatına görə, buna "Loryan" klubunda 10-dan çox futbolçunun koronavirusa yoluxması səbəb olub.

Qeyd edək ki, qarşılaşma yanvarın 17-də keçirilməli idi.