Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri barədə NAZİRLİKDƏN AÇIQLAMA

16 Yanvar 2021 13:07 (UTC+04:00)

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi kütləvi informasiya vasitələrində “Zəfər muzeyi və memorial kompleks bu yerdə olacaq” başlığı ilə yayılan xəbərlərə aydınlıq gətirib. Nazirlikdən SİA-ya verilən məlumatda bildirilir: "Zəfər muzeyinin yaradılması ilə bağlı bir sıra təkliflər hazırlanıb. Hazırda Zəfər muzeyinin yeri ilə bağlı müzakirələr davam etdiyindən muzeyin yerləşəcəyi məkan dəqiq müəyyənləşdirilməyib.