Vaksinasiyaya yanvarın 18-dən başlanır - Şahmar Mövsümov

16 Yanvar 2021 11:18 (UTC+04:00)

"Koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlamağa qərar verilib". SİA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş. Mövsümov qeyd edib ki, bununla bağlı əhaliyə geniş məlumat veriləcək.