"Twitter"in işində qüsurlar yaranıb

16 Yanvar 2021 10:31 (UTC+04:00)

ABŞ və Kanadada "Twitter" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.

SİA-nın məlumatına görə, bu ölkələrdə istifadəçilərin 57 faizi qüsurlarla bağlı şikayətlənib.

28 faiz istifadəçi "iPhone" və "iPad" qurğularındakı tətbiqlərin işləməməsindən, daha 13 faiz "Android" qurğularındakı tətbiqlərdən şikayət edib.

"Twitter"in işindəki qüsurlar digər ölkələrdə də qeydə alınıb.