BMT-nin baş katibi Antoniu Quterreş gələn həftə Nyu-York Ştatında növbə çərçivəsində koronavirusa qarşı vaksinasiya olunacaq.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu brifinq zamanı baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.
S.Cüjarrik bildirib: "Gələn həftə baş katib vaksinasiya olunacaq. Baş katib bunu ictimaiyyət qarşısında edəcəyinə dair sözünə sadiq qalır, ona görə də onun vaksinasiyasının foto və videoları təqdim ediləcək".