Böyük Britaniyada ötən sutka koronavirusdan daha 1280 nəfər ölüb

15 Yanvar 2021 23:52 (UTC+04:00)

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda 55 761 yoluxma halı qeydə alınıb.

SİA "Sinxua"ya istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 316 019 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 1 280 nəfər ölüb, ölənlərin sayı 87 295 nəfər təşkil edir.