ABŞ hökuməti Kubanın Daxili İşlər nazirinə və qarşı sanksiya tətbiq edib

16 Yanvar 2021 00:56 (UTC+04:00)
ABŞ hökuməti Kubanın daxili işlər naziri Lasaro Alberto və onun rəhbərlik etdiyi quruma qarşı sanksiya tətbiq edib. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir. Bəyanatda bildirilir: "ABŞ Kubadakı insan haqları sahəsindəki ağır vəziyyətlə məşğul olmaq üçün mövcud olan bütün vasitələrdən istifadə etməyə davam edəcək". Nazirliyin yeni qərarında sonra ABŞ vətəndaşları sanksiya tətbiq edilən şəxslə və nazirliklə hər hansı iş görməsi qadağan olunur. Belə hal aşkarlandığı halda həmin şəxsin əmlakı həbs ediləcək.