FİFA reytinqi açıqlanacaq

15 Yanvar 2021 14:43 (UTC+04:00)

FİFA reytinqinin 2021-ci ildə açıqlanacaq tarixləri müəyyənləşib.

SİA-nın məlumatına görə, son illərdə olduğu kimi yenə siyahı ümumilikdə 12 dəfə açıqlanacaq.

8 dəfə kişi, 4 dəfə qadın komandalarının mövqeləri bəlli olacaq. İlk belə cədvəl fevralın 18-də dərc ediləcək.

Kişilər
18 fevral
15 aprel
27 may
12 avqust
16 sentyabr
21 oktyabr
25 noyabr
16 dekabr

Qadınlar
26 mart
25 iyun
20 avqust
10 dekabr