AVRO-2020 təxirə salınmayacaq

15 Yanvar 2021 14:41 (UTC+04:00)

AVRO-2020 növbəti dəfə təxirə salınmayacaq.

SİA-nın məlumatına görə, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, turnirin təşkili ilə bağlı hazırda 4 ehtimal nəzərdən keçirilir ki, bunlar da azarkeşlərlə bağlıdır. Tribunalar tamaşaçıların üzünə ya 100 faizlik açılacaq, ya 50-100 faiz aralığında, ya 20-30 faiz, ya da oyunlar azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınan AVRO-2020 11 iyun – 11 iyul tarixlərində Bakı da daxil olmaqla qitənin 12 şəhərində keçiriləcək.