Evləri qarət edən keçmiş məhkum tutuldu

15 Yanvar 2021 12:52 (UTC+04:00)

Binəqədi rayonu ərazisindəki bir evdən 5000 manat dəyərində elektrik naqili və bir həyətyanı sahədən kondisioner oğurlamaqda şübhəli bilinən F.Muradov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki bir evdən 5000 manat dəyərində elektrik naqili və bir həyətyanı sahədən kondisioner oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş F.Muradov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha bir həyətdən kondisioner, bir evin zirzəmisindən isə 1000 manat dəyərində velosiped oğurlaması da müəyyən edilmişdir.