Keçmiş məhkum quldurluq üstündə tutuldu

15 Yanvar 2021 12:41 (UTC+04:00)

Gəncə şəhər sakini Z.Abdullayevi döyərək 5000 manat pulunu almaqda şübhəli bilinən Ş.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Abdullayevi döyərək 5000 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Məmmədov saxlanılıb.