Sabah küçəyə çıxmayın - XƏBƏRDARLIQ

15 Yanvar 2021 12:20 (UTC+04:00)

Sabah, yanvar ayının 16-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır. Bakı Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.