İndoneziyada güclü zəlzələ - Ölən və yaralananlar var

15 Yanvar 2021 10:41 (UTC+04:00)

İndoneziyada baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində azı 7 nəfər həlak olub. SİA-nın xəbərinə görə, qeyd edilir ki, Sulavesi adasında qeydə alınan güclü yeraltı təkanlar zamanı yüzlərlə insan xəsarət alıb. Ölkənin Təbii Fəlakətlərinin aradan qaldırılması agentliyinin məlumatına görə, zəlzələnin episentri Majen şəhərindən 6 kilometr şimal-şərqdə yerləşib.