Dünyada milyarderlər siyahısına rəsmi olaraq yeni sima əlavə edilib

15 Yanvar 2021 04:15 (UTC+04:00)

Dünyada milyarderlər siyahısına rəsmi olaraq yeni sima əlavə edilib.

SİA “Forbes” jurnalına istinadən xəbər verir ki, bu şəxs “PayPal”ın qurucusu, onlayn alqı-satqı şirkəti olan “Affirm”ın 11 faiz səhmlərinə sahib Maks Levçindir.

Nəşr 45 yaşlı ukraynalının sərvətini 2,7 milyard dollar olaraq qiymətləndirib.

Qeyd edək ki, “Affirm”ın səhmləri dünən “Nasdaq” birjasında 2,5 dəfə bahalaşıb. Beləliklə şirkətin kapitalı 23,6 milyard dollara çatıb.