Mədəniyyət Nazirliyinin "Azərbaycanfilm" kinostudiyasının "Salnamə" film studiyası İkinci Qarabağ müharibəsinə aid "Vətən müharibəsi" adlı tammetrajli (52 dəqiqə) sənədli filmin istehsalı üçün sorğu elan edib.
SİA-nın məlumatına görə, sorğularda iştirak etmək istəyənlər təkliflərini yanvarın 18-i saat 11:00-a qədər studiyanın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 1 ünvanına təqdim edə bilərlər.