ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampa impiçment qərarı qəbul edib

14 Yanvar 2021 01:40 (UTC+04:00)

Demokratların nəzarətində olan ABŞ Nümayəndələr Palatası hazırkı Respublikaçı Prezident Donald Trampa impiçment qərarı qəbul etdi.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, təşəbbüs artıq təsdiqlənməsi üçün lazımi sayda qanun səsini qazanıb.

Aşağı palatanın qəbul etdiyi sənəddə yalnız bir ittiham maddəsi var - üsyana çağırış.

İndi ittiham aktı Senata təqdim edilməlidir. Lakin qanunverici orqanın yuxarı palatasının cədvəlinə görə, Senat Trampın səlahiyyətlərinin müddəti bitdikdən sonra impiçment məsələsini həll edə bilər.