Qazax rayonunda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub

14 Yanvar 2021 00:28 (UTC+04:00)

Qazax rayonu, Hüseynbəyli kəndində ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, ümumi sahəsi 900 m² olan (hər mərtəbəsi 450 m²) ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 450 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.