Mingəçevirdə minik avtomobili yol kənarındakı maneələrə çırpılıb

14 Yanvar 2021 00:03 (UTC+04:00)

Mingəçevirdə minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.

SİA xəbər verir ki, hadisə axşam saatlarında Samux küçəsində baş verib.

1990-cı il təvəllüdlü sürücü Əzimli Sahil Nüsrət oğlunun idarə etdiyi "BMW" markalı minik maşını yol kənarındakı maneələrə, həmçinin, qaz borusuna çırpılıb. Qəza zamanı xəsarət alan sürücüyə hadisə yerində tibbi yardım göstərilib.

İlkin məlumata görə, qaz borusu zərər görsə də ötürücülük qabiliyyətini itirməyib.

Faktla bağlı araşdırma aparılır.