"Keşlə" Sadio Tounkaranı Azərbaycana qaytarıb

13 Yanvar 2021 21:19 (UTC+04:00)

"Keşlə" heyətinə yeni futbolçu qatıb.

SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi malili yarımmüdafiəçi Sadio Tounkaranı transfer edib. 28 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanıb. O, bu mövsümün sonunadək "Keşlə"nin şərəfini qoruyacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda "Xəzər Lənkəran", AZAL, "Zirə" klublarında çıxış etmiş Sadio Tounkara Kiprdə "EN Paralimniou" və Estoniyada "Narva Trans"da oynayıb.