Yazıcı koronavirusdan sağalıb

13 Yanvar 2021 21:55 (UTC+04:00)
"Lion"un futbolçusu Yusuf Yazıcı koronavirusdan sağalıb. SİA xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. Türkiyə millisinin üzvünün məşqlərə başladığı bildirilib. Qeyd edək ki, Y.Yazıcıda yanvarın 5-i koronavirus aşkarlanmışdı.