Ceyhun Bayramov Azərbaycan Səfirliyində olub

13 Yanvar 2021 18:40 (UTC+04:00)

Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində AR-in İslamabaddakı Səfirliyini ziyarət edib. SİA bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" hesabına istinadən məlumat verir.

Bildirilir ki, nazir Ümumilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb və Səfirliyin xatirə kitabına ürək sözlərini yazıb.