Rusiyada əhalinin kütləvi peyvəndlənməsinə başlanılır

13 Yanvar 2021 17:29 (UTC+04:00)

Rusiyada gələn həftədən əhalinin koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılacaq. SİA "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin tapşırıq verib. Rusiya dövlət başçısı müvafiq infrastrukturların hazırlıq vəziyyətinə gətirilməsi barədə göstəriş verib.