Tapılan erməni cəsədlərinin sayı 1229 oldu

13 Yanvar 2021 15:21 (UTC+04:00)

Dağlıq Qarabağ ərazisində axtarışlar nəticəsində daha yeddi erməni hərbçisinin qalıqları tapılıb. SİA Ermənistana məxsus armenianreport.com saytənda yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Qarabağ Dövlət Təcili Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hunan Tadevosyan "Sputnik Ermənistan"-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 13 noyabr - 13 yanvar tarixlərində Qarabağ ərazilərində erməni hərbi qulluqçusu və mülki şəxsi olmaqla 1229 cəsəd tapılıb. O, qeyd edib ki, daha yeddi erməni hərbçinin qalıqları Cebrail, Füzuli və Ermənistanın Sünik bölgəsi ilə Dağlıq Qarabağ arasındakı ara zonada tapılıb.

“Bu gün də kəşfiyyat işləri aparılacaq. Hər biri 20 nəfərdən çox olan üç komanda olacaq”, deyə Tadevosyan məlumat verib. O, 13 noyabr - 13 yanvar tarixlərində aparılan axtarış-xilasetmə işləri zamanı Qarabağ ərazilərində artıq 1229 erməni cəsədinin tapıldığını təsdiqləyib.

Bir müddət əvvəl, Ermənistan Səhiyyə Nazirliyi müharibənin başlanğıcından bu günə qədər məhkəmə tibbi ekspertiza xidmətinin işçilərinin 3 360 ölü hərbçinin cəsədlərini və ya qalıqlarını araşdırdıqlarını bildirmişdi. Qeyd olunduğu kimi, 2500-dən çox məhkəmə-genetik araşdırma da aparılmışdır. Qeyd etmək lazımdır ki, şəxsiyyəti müəyyənləşdirmək üçün vaxt tələb olunur.