Rusiyada Azərbaycana qarşı erməni təxribatı FOTOFAKT

13 Yanvar 2021 14:46 (UTC+04:00)

Rusiyanın kitab mağazalarında kifayət qədər ilginc və ilginc olduğu qədər də hiddət doğuran təxribat faktı üzə çıxıb. SİA-ya daxil olan məlumata görə, müəllifi Samvel Karapetyan olan və iki il əvvəl – 2008-ci ildə nəşr edilən “Северный Арцах” (“Şimali Artsax”) kitabı rəflərdən çıxarılıb.

Kitabda Azərbaycanın Şimal-Qərb rayonları (Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Şəmkir, Goranboy, Yevlax, Gəncə) Ermənistanın “tarixi torpaqları” kimi təqdim edilir.

Qeyd edək ki, bu kimi təxribat məqsədli kitabların nəşr və dərc edilməsi məqsədi Rusiyanın ictimai rəyində Azərbaycanın əzəli ərazilərinin guya ermənilərə məxsus olmasını “sübut etmək” hədəfini daşıyır. Görünür, tarixin acı ironiyası üzündən bizə nəsib olan erməni qonşularımız həqiqətən də sabiq müdafiə naziri David Tonoyanın “yeni müharibə, yeni ərazilər” formulasına ürəkdən inanıblar və əbəs deyil ki, həmin ifadədən sonra bu kimi kitablar nəşr edərək, Azərbaycandan yeni torpaqlar işğal edəcəklərini düşünüblər.

Lakin bu gün bənzər kitabları nəşr edən və Rusiyanın piştaxtalarına çıxaran ermənilərin Prezident İlham Əliyevin Zəngəzurun, Göyçənin və İrəvanın tarixi Azərbaycan torpaqları barədə bəyanatını da unutmamalı, bu bəyanat ətrafında hay-həşir qaldırmamalıdırlar. Yoxsa gün gələr və cənab Ali Baş Komandanımızın bəyanatı əməli şəkildə icra olunar. Buna isə ermənilər 100% şübhə etməməlidirlər, xüsusilə Qarabağda 44 gün ərzində əldə edilmiş qələbədən sonra. Qısa desək, həyat bumeranqdır!

Rövşən RƏSULOV