Bu ölkədə koronavirusun üçüncü dalğası gözlənilir

13 Yanvar 2021 13:48 (UTC+04:00)

"Gürcüstanda koronavirusun üçüncü dalğasının fevral ayının ikinci yarısında başlayacağı gözlənilir". SİA-nın xəbərinə görə, bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze deyib. Onun sözlərinə görə, infeksiyanın yayılmasını minimuma endirmək üçün dünya təcrübəsindən istifadə olunmalıdır: "Gürcüstan üçüncü dalğaya effektiv formada müqavimət göstərməlidir".