Sarkisyan xəstəxanalıq oldu

13 Yanvar 2021 13:26 (UTC+04:00)

Koronavirusa yoluxmuş Ermənistan prezidenti Armen Sarkisyan xəstəxanaya yerləşdirilib. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, bu ayın əvvəlində Londonda koronavirusun yeni ştammına yoluxan A.Sarkisyan ev şəraitində müalicə olunurdu.

Amma həkimlər onda ikitərəfli pnevmoniya aşkar edib. Onun vəziyyəti barədə ətraflı məlumat verilməyib.